“Olimpiakos”dan 250 milyon avroluq yeni stadion layihəsi
04.07.2026 - 19:15
Yunanıstanın "Olimpiakos" klubu yeni stadion layihəsini ictimaiyyətə təqdim edib.
Apasport.az xəbər verir ki, klubun prezidenti Evanqelos Marinakisin sözlərinə görə, 53 min tamaşaçı tutumuna malik yeni arena ölkənin ən böyük stadionlarından biri olacaq.
Layihəyə təxminən 250 milyon avro sərmayə yatırılması planlaşdırılır.
Yeni stadionda müasir media mərkəzi, VIP lojalar, eləcə də geniş azarkeş zonaları nəzərdə tutulub.
0
0