“Qalatasaray”ın Viktor Osimhenin forma geyinmədiyi avrokubok matçlarındakı uğursuz statistikası davam edir.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi nigeriyalı hücumçunun meydana çıxmadığı son 6 avrokubok görüşünün heç birində qələbə qazana bilməyib.
“Sarı-qırmızılar” bu matçlarda 2 heç-heçə edib, 4 dəfə məğlub olub. Komanda 7 qol vurduğu halda, qapısında 17 top görüb.
Osimhensiz keçirilən matçlar:
RFS – “Qalatasaray” – 2:2
“Malmö” – “Qalatasaray” – 2:2
AZ Alkmaar – “Qalatasaray” – 4:1
“Ayntraxt” – “Qalatasaray” – 5:1
“Qalatasaray” – “Union Sent-Jiluaz” – 0:1
“Sportinq” – “Qalatasaray” – 3:1
Osimhen zədə səbəbindən ötən gün Çempionlar Liqasının liqa mərhələsində “Sportinq”lə görüşü də buraxıb. “Qalatasaray” hesabı açmasına baxmayaraq, Lissabonda 1:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Qalatasaray” Çempionlar Liqasının liqa mərhələsində növbəti oyununu oktyabrın 13-də doğma meydanda “Barselona”ya qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.