Ozan Can Kökçü oynadı, komandası qələbə qazandı
09.02.2025 - 18:23

Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi Finlandiyanın HİK klubu ölkə kubokunun A qrupunda “Haaka” ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, görüş HİK-in 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Kökçü meydana start heyətində daxil olub, 61-ci dəqiqədə isə əvəzlənib.
Qeyd edək ki, Helsinki təmsilçisi 6 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
0
0