Polşa millisinin üzvü “Atalanta”da - RƏSMİ
19.08.2025 - 00:26

“İnter”in və Polşa millisinin üzvü Nikola Zalevski A Seriyasında klubunu dəyişib.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi “Atalanta”ya transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda 23 yaşlı futbolçu üçün qarşı tərəfə 17 milyon avro ödəyib. Oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Nikola Zalevski ötən ay “Roma”dan “İnter”ə 6,3 milyon avroya transfer olunmuşdu.
0
0