“Fənərbaxça”nın futbolçusu Sebastian Şimanski sosial şəbəkə hesabında paylaşdığı açıqlama ilə komanda ilə vidalaşıb.
Apasport.az xəbər verir ki, polşalı yarımmüdafiəçi “sarı-lacivərdlilər”ə hər şey üçün təşəkkür edib:
“Bu gün mənim üçün çox xüsusi bir dövrü bağlayıb vidalaşma zamanıdır. Bu klubun bir parçası olmaq fürsətini mənə verdiyi üçün ‘Fənərbaxça’ya təşəkkür edirəm. Bu formanı geyinmək mənim üçün böyük şərəf idi.
Komanda yoldaşlarıma, texniki heyətə və klubda çalışan hər kəsə gündəlik əməkləri və davamlı dəstəkləri üçün təşəkkür edirəm. Və əlbəttə ki, bu klubun ürəyi olan bütün azarkeşlərə - hər oyundakı dəstəyiniz və qeyd-şərtsiz sevginiz üçün minnətdarlığımı bildirmək istəyirəm. Hər birinizə gələcəkdə uğurlar və ən yaxşısını arzulayıram”.
Qeyd edək ki, “Fənərbaxça” Sebastian Şimanskini 2023-cü ildə Moskva “Dinamo”sundan 9,75 milyon avroya transfer etmişdi.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza