Premyer Liqa klubları Fransa millisinin üzvü ilə maraqlanırlar
15.04.2025 - 00:28
Premyer Liqa klubları Fransa millisinin üzvü ilə maraqlanırlar

Almaniya Bundesliqası təmsilçilərindən "Ayntraxt"ın hücumçusu Uqo Ekitike karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, fransalı futbolçu ilə 4 klub maraqlanır.

Bu barədə "Bild" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, "Liverpul", "Arsenal", "Mançester Yunayted" və "Nyukasl Yunayted" forvardı transfer etmək istəyir.

Almaniya klubu 22 yaşlı hücumçu üçün 100 milyon avro tələb edir.

Xatırladaq ki, "Ayntraxt" Uqo Ekitikeni ötən ilin fevral ayında PSJ-dən transfer edib.

Qeyd edək ki, Fransa millisinin üzvü bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 21 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.