Premyer Liqada çıxış edən "Everton" "Fənərbaxça"nın hücumçusu Yusif En-Nesiri üçün rəsmi təklif göndərib.
Apasport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Everton” mərakeşli futbolçunun transferi üçün 20 milyon avroluq satınalma variantı ilə İstanbul klubuna rəsmi təklif göndərib. Tərəflər arasında danışıqlar hazırda davam edir.
Qeyd edək ki, En-Nesiri bu mövsüm “Fənərbaxça” forması ilə göstərdiyi performansla Avropa klublarının diqqətini üzərinə çəkib. Transferin baş tutub-tutmayacağı yaxın günlərdə aparılan danışıqlardan sonra dəqiqləşəcək.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza