Premyer Liqa klubunda növbəti ayrılıq - RƏSMİ
30.06.2025 - 20:24

İngiltərə Premyer Liqasında çıxış edən "Asto Villa" daha bir futbolçu ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, Marko Asensionun icarə müddəti bitib.
29 yaşlı yarımmüdafiəçi məxsus olduğu PSJ-yə qayıdıb.
Qeyd edək ki, ispaniyalı oyunçu "Aston Villa"nın heyətində çıxış etdiyi 21 rəsmi matçda 8 qol və 1 assistlə yadda qalıb.
0
0