Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ
27.10.2025 - 18:18
Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

İngiltərə Premyer Liqası təmsilçisi "Aston Villa"da yeni müqavilə qeydə alınıb.

Apasport.az xəbər verir ki, komanda Matti Keş ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 28 yaşlı sağ cinah müdafiəçisi daha 4 il Birminqem təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, "Aston Villa" Polşa millisinin üzvü olan Keşi 2020-ci ildə "Nottingem Forest"dən 15,75 milyon avro qarşılığında heyətinə qatmışdı.