"Qalatasaray" 2 futbolçu ilə müqavilə yeniləyib - Rəsmi
28.07.2025 - 19:21

Yay transfer çalışmalarına davam edən "Qalatasaray" Kaan Ayhan və Abdülkerim Bardakçı ilə müqavilə yeniləyib.
Apasport.az xəbər verir ki, bu barədə klub TFF-yə məlumat verib.
"Sarı-qırmızılı" komanda Kaan Ayhanın müqaviləsini 2028-ci ilə qədər, Abdülkerim Bardakcının sözləşməsini isə 2027-ci ilə qədər uzadıb.
2024/25 mövsümündə "Qalatasaray" forması ilə bütün yarışlarda 43 matça çıxan Kaan Ayhan 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Müqavilə müddəti uzadılan digər futbolçu Abdülkerim isə 49 matçda 5 qol vurub, 3 məhsuldar ötürmə edib.
0
0