“Qalatasaray” UEFA Çempionlar Liqasının altıncı turu çərçivəsində sabah səfərdə Fransa Liqa 1 təmsilçisi “Monako” ilə üz-üzə gələcək.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılı"lar bu vacib qarşılaşmaya ciddi itkilərlə çıxacaq.
İstanbul təmsilçisinin 6 futbolçusu müxtəlif səbəblərdən “Monako” ilə oyunda forma geyinə bilməyəcək.
Zədəli olan Vilfrid Sinqo və Kaan Ayhan, “Yunion Sent-Julliaz” matçında qırmızı vərəqə alan Arda Ünyay, Türkiyədə mərc araşdırması çərçivəsində cəzalanan Eren Elmalı və Metehan Baltacı sabahkı görüşü buraxacaqlar.
Bundan əlavə, UEFA-nın iştirak üçün təqdim etdiyi siyahıya daxil edilməyən Kazımcan Karataş da matçda oynaya bilməyəcək.
Super Liqanın 15-ci turunda “Samsunspor”la oyunda zədələnən Mario Lemina ilə bağlı isə yekun qərar bugünkü məşqdən sonra veriləcək.
Qeyd edək ki, "Monako" - "Qalatasaray" görüşü 10 dekabr saat 00:00-da start götürəcək.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə