“Qalatasaray” Musleranın əvəzedicisini tapdı
23.03.2025 - 12:56
“Qalatasaray” Musleranın əvəzedicisini tapdı

Türkiyə Super Liqası təmsilçilərindən "Qalatasaray" yayda qapıçı Fernando Muslera ilə yollarını ayıracaq.

Apasport.az xəbər verir ki, komanda artıq 38 yaşlı qolkiperin əvəzedicisini tapıb.

Türkiyə mətbuatının paylaşdığı məlumata əsasən, "cimbom" "Real Madrid"in üzvü Andrey Lunin ilə maraqlanır.

Ukraynalı qapıçı ilə "Qalatasaray"dan başqa PSJ və "Mançester Yunayted" transfer etmək istəyir.

Qeyd edək ki, Luninin "kral klubu" ilə müqaviləsi 2030-cu ildə başa çatır.