"Qalatasaray" "Napoli" ilə anlaşdı - Rəsmi
31.07.2025 - 23:01
"Qalatasaray" Viktor Osimhenin transferi ilə bağlı klubu "Napoli" ilə razılıq əldə edib.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
"Cimbom" futbolçu üçün İtaliya klubuna 75 milyon avro xalis transfer haqqı ödəyəcək.
Bundan əlavə, müqavilə çərçivəsində futbolçunun növbəti satışından əldə edilən gəlirin 10%-i "Napoli"yə ödəniləcək.
Futbolçu ilə 2025-2026-cı il mövsümündən qüvvədə olan 4 illik müqavilə imzalanıb.
Müqaviləyə əsasən, futbolçuya hər mövsüm üçün xalis 15 milyon maaş, 1 milyon bonus və 5 milyon avro reklam haqqı ödəniləcək.
- Dünya çempionatında yaş sadəcə rəqəmdir – 40-ı keçən 7 futbolçu
- “Arsenal”da yay təmizliyi – 8 futbolçu satış siyahısında
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
- “Çelsi”dən Osimhen bombası – 130 milyon avro hazırdır
- Şenol Güneşdən “Beşiktaş” açıqlaması – “Sevgini itirmək istəmirəm”
0
0