"Qalatasaray" UEFA Çempionlar Liqasını təmin edib
14.04.2025 - 14:31
"Qalatasaray" UEFA Çempionlar Liqasını təmin edib

Türkiyə Super Liqasının 31-ci həftəsində "Qalatasaray" "Samsunspor"u 2:0 hesabı ilə məğlub edərək liderliyini qoruyub. 

Apasport.az xəbər verir ki, səfərdə 3 xal qazanan "cimbom"un mövsümü ilk 2-də bitirəcəyi dəqiqləşib. 

Ən yaxın rəqibi “Fənərbaxça”nı 3 xal qabaqlayan "sarı-qırmızılılar" mövsümü ilk 2-də başa vuraraq UEFA Çempionlar Liqasına vəsiqəni təmin edib.

"Qalatasaray" mövsümü çempion kimi başa vurarsa, birbaşa Çempionlar Liqasının Liqa mərhələsinə gedəcək.

Qeyd edək ki, "Qalatasaray" hazırda 74 xalla turnir cədvəlinə rəhbərlik edir. Liderdən 3 xal geridə qalan "Fənərbaxça" isə ikincidir.