Qış transfer çalışmalarını davam etdirən “Qalatasaray” Alvaro Moratanı transfer etməyə yaxındır.
Apasport.az xəbər verir ki, "cimbom" İspaniya millisinin üzvünü zədə səbəbindən mövsümü başa vuran İkardiyə alternativ olaraq görür.
Türkiyə təmsilçisi oyunçu və klubu “Milan” ilə artıq razılıq əldə edib.
Bildirilib ki, forvard 10 milyon avroluq məcburi satınalma variantı ilə mövsümün sonuna kimi icarəyə götürüləcək.
Futbolçunun bu gün tibbi yoxlanışdan keçmək üçün Türkiyəyə gələcəyi planlaşdırılsa da, İstanbuldakı uyğunsuz hava şəraitinə görə uçuş sabaha ertələnib.
Ulduz futbolçunu gətirən təyyarə saat 14:30-da Atatürk adına İstanbul Beynəlxalq Hava Limanına eniş edəcək.
Xatırladaq ki, Morata mövsümün əvvəlində "Milan"a 13 milyon avro qarşılığında “Atletiko Madrid”dən transfer olunmuşdu.
Qeyd edək ki, 32 yaşlı forvard bu mövsüm İtaliya təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 6 qol, 2 assistlə yadda alıb.