"Qalatasaray"dan növbəti transfer bombası: Fransa klubuna rəsmi təklif göndərdilər
06.02.2025 - 16:18

Super Liqa təmsilçilərindən "Qalatasaray" yarımmüdafiəçi axtarışlarını davam etdirir.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" Liqa 1 klublarından "Lens"in futbolçusu ilə maraqlanır.
"Cimbom" artıq Prjemislav Frankovski üçün Fransa təmsilçisinə rəsmi təklif göndərib.
"Lens" bu transfer üçün İstanbul nəhəngindən 7 milyon avro tələb edir. Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Polşa millisinin üzvü cari mövsümdə 21 matça çıxıb, 5 qol və 2 ötürmə ilə yadda qalıb.
0
0