"Qalatasaray"la "Yuventus" arasında Osimhen savaşı – 65 milyonluq transfer
21.05.2025 - 12:12
"Qalatasaray"la "Yuventus" arasında Osimhen savaşı – 65 milyonluq transfer

İcarə əsasında "Qalatasaray"da çıxış edən "Napoli"nin futbolçusu Viktor Osimhen yeni mövsümdə İtaliyaya qayıda bilər.

Apasport.az "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, "Qalatasaray" nigeriyalı forvardı 65 milyon avroya transfer etmək istəyir. 

Osimhen "Yuventus" forması geyinmək istəyir

Mənbənin iddiasına görə, Osimhen uzun müddətdir "Yuventus"un forması ilə İtaliyaya qayıtmaq istəyir. 

"Yuventus"un Osimhen planı

26 yaşlı hücumçunu transfer etmək istəyən "Yuventus"un Duşan Vlahoviçin satışından gələcək pulla Osimheni heyətinə qatmağa çalışacağı bildirilib.

Osimhenin "Qalatasaray"dakı çıxışı

Nigeriyalı bu mövsüm "Qalatasaray"ın heyətində 40 rəsmi matçda 36 qol vurub, 8 məhsuldar ötürmə edib.