"Qarabağ"ın rəqibinə bir zərbə də "Siti"dən: 2 matçda 7 qol
05.02.2026 - 07:38
"Qarabağ"ın rəqibinə bir zərbə də "Siti"dən: 2 matçda 7 qol

İngiltərə Liqa Kubokunda finalçıların adı bəlli olub. 

Apasport.az xəbər verir ki, son yarımfinal görüşündə "Mançester Siti" ilə "Nyukasl" üz-üzə gəlib.

Matç "şəhərlilər"in 3:1 hesablı qələbəsilə başa çatıb. İlk matçda da rəqibini 2:0 məğlub edən "Siti" ümumi hesabda 5:1-lik nəticə ilə adını finala yazdırıb.

"Qarabağ"ın Çempionlar Liqasının 1/16 mərhələsindəki rəqibi "Nyukasl" isə son iki matçda toplam 7 qol buraxaraq ardıcıl məğlubiyyətdən qaça bilməyib.

Xatırladaq ki, Premyer Liqanın son turunda "sağsağanlar" "Liverpul"a 1:4 hesabı ilə məğlub olmuşdu.

İngiltərə Liqa Kubokunun finalında "Mançester Siti"nin rəqibi isə ötən gün "Çelsi"ni mübarizədən kənarlaşdıran "Arsenal" olacaq.