Qazaxıstan millisində ayrılıq: Baysufinovun istefası qəbul olundu
22.06.2026 - 16:51
Qazaxıstan millisinin baş məşqçisi Talqat Baysufinov vəzifəsindən ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.
57 yaşlı mütəxəssisin istefası qəbul olunub. Baysufinov 2025-ci ilin oktyabrında Qazaxıstan yığmasının baş məşqçisi təyin edilmişdi.
Onun rəhbərliyi altında komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməyib.
Qeyd edək ki, bu, Talqat Baysufinovun Qazaxıstan millisinə rəhbərlik etdiyi 3-cü dövr olub. O, daha əvvəl 2016-2017 və 2020-2022-ci illərdə də yığmanı çalışdırıb.
0
0