Qordon “Arsenal”ın hədəfində
12.04.2026 - 13:50
"Nyukasl"ın vingeri Antoni Qordon komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, onunla "Arsenal" yaxından maraqlanır.
"Topçular"ın baş məşqçisi Mikel Arteta hücum xəttinə sürətli oyunçu cəlb etmək istəyir.
O mövqedə Martinellinin zədəyə meyilli olması və Trossardın qeyri-sabit çıxışı London klubunun bu istiqamətdə hərəkətə keçməsinə ehtiyac yaradır.
"Nyukasl" 25 yaşlı futbolçu üçün azı 100 milyon avro istəyəcək.
Qeyd edək ki, "Everton" yetirməsi olan Antoni Qordon cari mövsüm meydanda olduğu 45 matçda 17 qol vurub və 5 məhsuldar ötürməyə imza atıb.
- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
0
0