Rafinya "Barselona"nın təklifindən razı deyil
25.04.2025 - 10:57

Kataloniya təmsilçilərindən "Barselona" braziliyalı vingeri Rafinya ilə hələ də yeni müqavilə imzalaya bilməyib.
Apasport.az xəbər verir ki, 28 yaşlı futbolçu müqavilədəki şərtlərlə razı deyil.
Rafinya yeni müqavilənin müddətindən və maaşının az olmasından narazıdır.
"Barsa" oyunçuya 1+1 illik müqavilə təklif edir, braziliyalı isə 2 illik sözləşmə imzalamaq istəyir.
Yarımmüdafiəçi ilə "blauqrana" arasında mövcud müqavilə 2027-ci ildə başa çatacaq. Rafinya bu mövsüm "Barselona"da 49 matçda iştirak edib, 30 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0