Madrid “Real”ının yarımmüdafiəçisi Federiko Valverdenin zədəsinin detalları məlum olub.
Apasport.az xəbər verir ki, aparılan tibbi müayinələrdən sonra uruqvaylı futbolçunun sol topuğunda III dərəcəli burxulma aşkarlanıb.
Bu barədə Madrid klubunun tibbi heyətinin müayinələrinin nəticələrinə istinadən məlumat yayılıb.
Valverde La Liqanın VII turunda “Atletiko” ilə keçirilən Madrid derbisində zədələnib. Rəqib futbolçu Li Kan İn birinci hissədə onun sol topuğunun üzərinə basıb. Epizoda görə cənubi koreyalı futbolçuya vərəqə göstərilməyib. “Real” görüşü 1:2 hesabı ilə uduzub.
İspaniya mətbuatının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçinin təxminən 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Bu səbəbdən Valverdenin Uruqvay millisinin qarşıdakı oyunlarını buraxacağı bildirilir.
Qeyd edək ki, Valverde zədələnməsinə baxmayaraq, “Atletiko” ilə görüşü sona qədər davam etdirib.
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama