Bu mövsüm icarə əsasında “Mançester Yunayted”dən “Barselona”ya keçən Markus Reşford yerli mətbuata açıqlamalar verib.
Apasport.az xəbər verir ki, ingiltərəli vinger Kataloniya klubunda özünü xoşbəxt və rahat hiss etdiyini bildirib:
“Komanda yoldaşlarım məni çox yaxşı qarşıladılar. İlk gündən şəhərdə özümü rahat hiss edirəm. Mançesterdən kənarda ilk dəfədir yaşayıram, amma artıq özümü evdəki kimi hiss etməyə başlamışam. İspan dilimi daha da inkişaf etdirmək istəyirəm və bunun üzərində ciddi şəkildə çalışıram”.
Qeyd edək ki, Reşford “Barselona”nın heyətində meydana çıxdığı 21 rəsmi matçda 6 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.