“Roma” UEFA Çempionlar Liqasının liqa mərhələsində “Fənərbaxça” ilə keçiriləcək oyunda xüsusi forma ilə meydana çıxacaq.
Apasport.az xəbər verir ki, İtaliya klubu BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) ilə əməkdaşlıq çərçivəsində formasının ön hissəsində qurumun loqosunu daşıyacaq.
Formada WFP loqosu ilə yanaşı, Nepala dəstək mesajı da yer alacaq. Aksiya ölkədə daşqın və torpaq sürüşmələrindən zərər çəkən insanlara diqqət çəkmək məqsədi daşıyır.
“Fənərbaxça” ilə qarşılaşmada futbolçuların geyinəcəyi xüsusi formalar matçdan sonra hərraca çıxarılacaq. Satışdan əldə olunan vəsaitin hamısı WFP-nin Nepalda həyata keçirdiyi yardım proqramlarına yönəldiləcək.
Qeyd edək ki, “Fənərbaxça” – “Roma” matçı bu gün Bakı vaxtı ilə saat 20:45-də İstanbulda keçiriləcək.
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
- Afrika Millətlər Kubokunun təqvimi dəyişdi – 2029-cu il ləğv edildi
- Messinin böyük qayıdışı təxirə düşür: Mayamidə xoşbəxtdir