“Roma” türkiyəli futbolçunu komandada saxlayacaq
20.10.2025 - 21:34

"Roma" mövsümün sonunda klubla müqaviləsi başa çatan Zeki Çelik ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi türkiyəli futbolçunu komandada saxlayacaq.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
28 yaşlı sağ cinah müdafiəçisinin illik 1,7 milyon avro olan maaşı 2 milyon avroya yüksəldiləcək.
Qeyd edək ki, "Roma" Zeki Çeliki 2022-ci ilin yayında "Lill"dən transfer edib.
0
0