Rusiya Futbol İttifaqının prezidenti bəlli oldu
02.02.2025 - 14:35
Rusiya Futbol İttifaqının (RFU) prezidenti bəlli olub.
Apasport.az xəbər verir ki, Aleksandr Dyukov yenidən qurumun rəhbəri seçilib.
Seçkilər təşkilatın Moskvada keçirilən konfransında baş tutub.
Dyukov seçkilərdə yeganə namizəd olub və o, yekdilliklə yenidən rəhbər seçilib.
Qeyd edək ki, 57 yaşlı A.Dyukov RFS prezidenti vəzifəsini 2019-cu il fevralın 22-dən icra edir.
0
0