Sabiq “Beşiktaş”lı “Fiorentina”da - rəsmi
05.02.2025 - 19:15

İtaliya A Seriyası təmsilçilərindən "Fiorentina" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda PSJ-dən Şer Ndouru heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, "Fiorentina" oyunçu üçün qarşı tərəfə 5 milyon avro ödəməli olacaq.
Xatırladaq ki, 20 yaşlı yarımmüdafiəçi mövsümün ilk yarısını icarə əsasında "Beşiktaş"da keçirmişdi.
0
0