Sabiq “Beşiktaş”lı Premyer Liqa klubunda - RƏSMİ
10.08.2025 - 15:18
"Beşiktaş"dan ayrılan Artur Masuakunun yeni komandasının adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, 31 yaşlı futbolçu karyerasını İngiltərədə davam etdirəcək.
Sol cinah müdafiəçisi "Sanderlend"ə keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Artur Masuaku ötən mövsüm "Beşiktaş"ın heyətində çıxış etdiyi 47 rəsmi matçda 1 qol və 10 assistlə yadda qalıb.
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
- “Çelsi”dən Osimhen bombası – 130 milyon avro hazırdır
- Şenol Güneşdən “Beşiktaş” açıqlaması – “Sevgini itirmək istəmirəm”
- “Qalatasaray”dan hücumçu həmləsi – Kolo Muani üçün hərəkətə keçir
- “Tottenhem” Hekkedən "əl çəkmir" – De Zerbi keçiddə israrlıdır
0
0