Sabiq “fənər”li MLS klubunda - RƏSMİ
13.07.2026 - 17:17
"Fənərbaxça"nın sabiq hücumçusu Allan Sent-Maksimen karyerasını ABŞ-də davam etdirəcək.
Apasport.az xəbər verir ki, MLS təmsilçisi “Şarlott” 29 yaşlı futbolçunun transferini rəsmən açıqlayıb.
Klubun yaydığı məlumata görə, Sent-Maksimen yeni komandası ilə 3 illik müqavilə imzalayıb.
Fransalı futbolçu son olaraq qış fasiləsində “Lans”a transfer olunmuşdu. O, burada keçirdiyi 13 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0