Sanço Bundesliqaya qayıtmaq istəyir
01.08.2025 - 23:54
Transfer dönəmində "Fənərbaxça" və "Beşiktaş"la adı hallanan Ceydon Sanço yeni komandası ilə bağlı qərar verib.
Apasport.az "Bild"ə istinadla xəbər verir ki, ingilis futbolçu keçmiş komandası "Borussiya Dortmund"a qayıtmaq istəyir.
Qərarını alman klubuna bildirən Sanço bu transferin baş tutması üçün maaşının əhəmiyyətli dərəcədə azaldılmasını qəbul etməyə hazırdır.
Hazırkı maaşının yarısını almağa razı olan ulduz futbolçu karyerasını Bundesliqada davam etdirmək istəyir.
- Dünya çempionatında yaş sadəcə rəqəmdir – 40-ı keçən 7 futbolçu
- “Arsenal”da yay təmizliyi – 8 futbolçu satış siyahısında
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
- “Çelsi”dən Osimhen bombası – 130 milyon avro hazırdır
- Şenol Güneşdən “Beşiktaş” açıqlaması – “Sevgini itirmək istəmirəm”
0
0