İngiltərə Premyer Liqa təmsilçisi "Mançester Yunayted" Almaniyanın "Leypsiq" klubundan Benjamin Şeşkonu transfer edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalanıb.
İmzalanma mərasimindən sonra danışan sloveniyalı futbolçu həyəcanlı olduğunu bildirib:
"Mançester Yunayted"in tarixi əlbəttə ki, çox xüsusidir, amma məni ən çox həyəcanlandıran buradakı gələcəyimdir. Bura mənim bütün məqsədlərimə çatmaq üçün mükəmməl yerdir. Ruben Amorimdən yeniliklər öyrənməyi və komanda yoldaşlarımla münasibətimi gücləndirməyi səbirsizliklə gözləyirəm ki, hamımız birlikdə uğur qazana bilək".
Avstriyanın "Lieferinq" və "Zalsburq" komandalarında, Almaniya təmsilçisi "Leypsiq"də çıxış edən 22 yaşlı mərkəz hücumçusu Bundesliqa klubunda 87 matçda 39 qol vurub.
Sloveniya millisində 41 dəfə forma geyinən Şeşko 16 qol ilə yadda qalıb.
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
- Necip Uysal: “Ömrüm boyu mərc oyunları ilə əlaqəm olmayıb”