Şimanski “Fənər”in TARİXİNƏ DÜŞDÜ
09.02.2025 - 18:45

“Fənərbaxça”nın futbolçusu Sebastian Şimanski klubun tarixinə adını yazdırıb.
Apasport.az xəbər verir ki, o, hazırda davam edən Türkiyə Super Liqasında “Alanyaspor”a qarşı keçirilən oyunda “sarı-lacivərdlilər”in ilk qolunun müəllifi olub.
25 yaşlı yarımmüdafiəçi bununla da İstanbul təmsilçisinin daxili çempionatdakı 4000-ci qolunu vurub.
Qeyd edək ki, “Fənərbaxça” səfərdə “Alanyaspor” qarşısında 2:0 hesabı ilə öndədir.
0
0