“Siti”nin futbolçusu “Nottingem Forest”də - RƏSMİ
17.08.2025 - 11:26
“Siti”nin futbolçusu “Nottingem Forest”də - RƏSMİ

“Nottingem Forest” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Mançester Siti”dən Ceyms Makeyti transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. "Nottingem Forest" bu keçid üçün "şəhərlilər"ə 22 milyon funt-sterlinq ödəyəcək.

Qeyd edək ki, Makeyt “Mançester Siti”nin yetirməsidir.