“İnter”in mərkəz müdafiəçisi Stefan de Vreylə bağlı qeyri-müəyyənlik davam edir.
Apasport.az xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar uğursuz alınıb və hazırda proses dondurulub.
Bu səbəbdən Stefan de Vreynin gələn yay Milan klubunu tərk etmə ehtimalı yüksək qiymətləndirilir.
Niderlandlı futbolçunun “neradzurri” ilə mövcud müqaviləsi cari mövsümün sonunda başa çatacaq.
Təcrübəli mərkəz müdafiəçisi cari mövsümdə “İnter”in heyətində 7 oyunda meydana çıxıb. Bu görüşlərin 6-da Kristian Çivu start heyətində yer alıb.
Qeyd edək ki, “İnter” cümə günü İtaliya Super Kubokunun yarımfinal mərhələsində “Bolonya” ilə üz-üzə gələcək.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə