Super Liqada derbi vaxtı: "Qalatasaray" "Beşiktaş"a qarşı - YENİLƏNİR
28.10.2024 - 12:37
Super Liqada derbi vaxtı: "Qalatasaray" "Beşiktaş"a qarşı - YENİLƏNİR

Bu gün futbol üzrə Türkiyə Super Liqasında 10-cu turun son matçı keçiriləcək. 

Apasport.az xəbər verir ki, həftəyə İstanbul derbisi ilə yekun vurulacaq. 

"Qalatasaray" evdə "Beşiktaş"ı qəbul edəcək. "RAMS Park"da baş tutacaq qarşılaşmaya Bakı vaxtilə saat 21:00-da start veriləcək. 

"Qalatasaray" matçda qalib gəlsə, 28 xala sahib olacaq və "Beşiktaş"la arasındakı xal fərqini 8-ə yüksəldəcək. Qarşılaşma heç-heçə bitərsə, 5 xallıq fərq olduğu kimi qalacaq. "Beşiktaş" qalib gəlsə, "ağ-qaralar"ın 23 xalı olacaq. 

 

0