Super Liqada VAR-ı əcnəbi hakimləri idarə edəcək
12.04.2024 - 13:31

Türkiyə Super Liqasının 32-ci həftəsindən liqanın sonuna qədər həftənin kritik matçlarına əcnəbi VAR hakimləri təyin ediləcək.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.
TFF-nin Almaniya, İspaniya, İtaliya, Niderland ve Portuqaliya futbol federasiyalarına bununla bağlı müraciəti qəbul edilib.
Super Liqanın 32-ci həftəsində əcnəbi Video Köməkçi Hakimlərin (VAR) təyin olunacağı matçlar aşağıdakı kimidir:
"Ankaragücü" - "Gaziantep"
"Karagümrük" - "Fenerbahçe"
"Alanyaspor"- "Qalatasaray."
0
0