Taliska daha iki il “Fənərbaxça”da - RƏSMİ
08.02.2026 - 20:39
"Fənərbaxça"nın futbolçusu Anderson Taliskanın gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi İstanbul təmsilçisi ilə yeni müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 32 yaşlı oyunçu 2028-ci ilin yayına qədər "sarı-lacivərdlilər"in şərəfini qoruyacaq.
Qeyd edək ki, Taliska bu mövsüm "Fənərbaxça"nın heyətində meydana çıxdığı 33 rəsmi matçda 19 qol və 4 assistlə yadda qalıb.
0
0