“Tottenhem” hücumçusunu satmağı planlaşdırır - BAŞ MƏŞQÇİ ÇIXIŞINDAN RAZI DEYİL
28.10.2025 - 20:18
“Tottenhem” hücumçusunu satmağı planlaşdırır - BAŞ MƏŞQÇİ ÇIXIŞINDAN RAZI DEYİL

“Tottenhem”in hücumçusu Dominik Solanke qışda komandanı tərk edə bilər. 

Apasport.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Mənbənin məlumatına görə, londonluların baş məşqçisi Tomas Frank 28 yaşlı forvardın çıxışından razı deyil.

Klub rəhbərliyi uyğun təklif gələcəyi təqdirdə ingiltərəli oyunçunu satmağı planlaşdırır.

Qeyd edək ki, Solanke cari mövsümdə bütün turnirlərdə 3 matçda meydana çıxıb.