“Trabzonspor”da ayrılıq
03.02.2025 - 13:45
“Trabzonspor”da ayrılıq

Türkiyənin “Trabzonspor” klubunda hücumçu Umut Bozok ilə yollar ayrılıb.

Apasport.az xəbər verir ki. bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Forvardın müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Umut bu mövsüm cəmi 4 oyunda meydana çıxıb və 1 qol vurub. 2022-ci ilin yayında “Lorient”dən 2 milyon avroya transfer olunan Umut Bozok Qara dəniz təmsilçisinin heyətində ümumilikdə 65 matça çıxıb, 14 qol vurub, 5 məhsuldar ötürmə edib.

0