Türk futbolunda skandal: Hakimlər mərc oyunları oynayırmış
27.10.2025 - 12:58
Türk futbolunda skandal: Hakimlər mərc oyunları oynayırmış

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu federasiyanın Rivadakı təsislərində mətbuat konfransı keçirib.

Apasport.az xəbər verir ki, Hacıosmanoğlu bəzi hakimlərin mərc oyunları ilə məşğul olduqlarını bildirib: 

"İllərdir müzakirə mövzusu olan mərc oyunlarının ortaya çıxmasından sonra, türk futbolunda korrupsiyanın və əxlaqsızlığın miqyasını müzakirə etdik, biz TFF olaraq özümdən başladıq. Peşəkar liqalarda 571 aktiv hakimdən 371-inin mərc hesabı var. Onlardan 152-si isə aktiv şəkildə mərc oyunları oynayır”. 

TFF rəhbəri bəzi hakimlərin on minlərlə mərc oynadığını qeyd edib:

"Onlardan 7-si üst kateqoriya hakim, 15-i üst kateqoriya köməkçi hakim, 36-sı kateqoriya hakimi, 94-ü isə kateqoriya köməkçi hakimidir. Onlar arasında 10 hakimin 10 mindən çox mərc etdiyi, bir hakimin təkbaşına 18227 dəfə mərcə qoşulduğu, 42 hakimin ayrı-ayrılıqda 1000-dən çox futbol oyununda mərc oynadığı müəyyən edilib. Bəzi hakimlərin isə yalnız bir dəfə müəyyən matça mərc etdiyi aşkarlanıb". 

Hacıosmanoğlu bu gündən etibarən hüquqi proseslərin başlanacağını vurğulayıb:

"Biz bu gündən etibarən İntizam Şurasının lazımi prosedurları işə salmasını təmin edirik və qısa müddət ərzində məsələni quruma göndərərək təlimatlara uyğun olaraq tələb olunan cəzalar verilməsini tələb edirik. İnsanlarla yaxşı keçinib kresloda qalmaq kimi bir dərdimiz yoxdur. Türk futbolu daxilində nə qədər çirk varsa təmizləmək bizim vəzifəmizdir. Məsələni FİFA və UEFA ilə bölüşmüşük".