UEFA “Fənərbaxça”nın futbolçuları Matteo Genduzi və Meyson Qrinvudu cəzalandırıb.
Apasport.az xəbər verir ki, buna UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Lion”la keçirilən cavab görüşündən sonra yaşanan hadisələr səbəb olub.
Qərara əsasən, Genduzi 50 min avro cərimə olunub və 4 oyunluq cəza alıb. Lakin bu cəzanın 2 görüşü 1 illik sınaq müddətinə təxirə salınıb.
Qrinvud isə 30 min avro cərimə və 1 oyunluq cəza ilə üzləşib. İngiltərə hücumçunun cəzası da 1 illik sınaq müddətinə şərtləndirilib.
Beləliklə, Qrinvud “Roma” ilə qarşılaşmada meydana çıxa biləcək.
Qeyd edək ki, “Fənərbaxça” “Lion”u iki oyunun nəticəsinə görə 3:2 hesabı ilə məğlub edərək Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək