Ulduz futbolçunun dişi meydanda itdi - VİDEO
09.12.2024 - 14:29
"Barselona"nın yarımmüdafiəçisi Dani Olmo İspaniya çempionatının 16-cı turunda "Betis"lə oyunda (2:2) zədələnib.
Apasport.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, Olmo topu almağa çalışarkən rəqibi ayağı ilə onun ağızına zərbə endirib.
Hadisə nəticəsində ispaniyalı futbolçunun ön dişi qırılıb.
Qeyd edək ki, bu mövsüm Olmo Kataloniya klubunun heyətində 12 matçda iştirak edib, 6 qol vurub. Futbolçunun transfer dəyəri 60 milyon avro olaraq qiymətləndirilir.
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
0
0