Vüsal oynadı, komandası 1 xal qazandı
02.03.2025 - 21:55
Vüsal oynadı, komandası 1 xal qazandı

Türkiyə I liqasında XXVII turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Vüsal İsgəndərlinin üzvü olduğu "Boluspor" evdə "Erzurumspor"la heç-heçə edib - 0:0.

Azərbaycanlı forvard 90-cı dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, xalını 38-ə çatdıran "Boluspor" 10-cu yerdə qərarlaşıb.