"Real"ın baş məşqçisi Xabi Alonso yaxın günlərdə vəzifəsini itirmək riski ilə üz-üzədir.
Apasport.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
43 yaşlı ispaniyalı mütəxəssisin gələcək fəaliyyəti birbaşa İspaniya Superkubokundakı çıxışdan asılıdır. Əgər “Real” turnirdə titul qazana bilməsə və ya ümid verən oyun göstərməsə, klub rəhbərliyi baş məşqçi dəyişikliyi ilə bağlı qərar verə bilər.
Alonso üçün ilk ciddi sınaq 8 yanvar tarixində "Atletiko" ilə keçiriləcək yarımfinal matçı olacaq. Uğurlu nəticə əldə olunacağı təqdirdə madridlilər finala yüksələcək və burada "Atletik"i 5:0 hesabı ilə məğlub edən "Barselona" ilə qarşılaşacaqlar.
Məhz bu görüşlər Xabi Alonsonun “Real”dakı gələcəyində həlledici rol oynaya bilər.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə