Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XIX turunun oyunlarında baş verənlər müzakirə olunub.
Qırmızı vərəqənin olmadığı həftə “Neftçi” və “İnter”in cəzalanması ilə nəticələnib.
“Neftçi” – “Simurq” matçının 61-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadəsi olunduğu üçün bakılılar 1000 manat cərimə olunublar.
“İnter” – AZAL matçında AFFA nümayəndəsinə təqdim olunan oyunun videoyazısı qeyd edilmiş disk boş olduğu üçün meydan sahibləri 1000 manat ödəməli olacaq.
- “Fənərbaxça”nın futbolçularından İsmail Kartala vida
- “Qalatasaray”da Barış Alper Yılmaz qərarı – Növbəti oyunu buraxacaq
- “Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ