“İtaliya və Malta yığmalarını yaxşı tanıyırıq. Onlarla ötən seçmə mərhələdə də eyni qrupda mübarizə aparmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan milli komandasının futbolçusu Stanislav Manolev deyib.
29 yaşlı sağ cinah müdafiəçisi AVRO-2016-nın seçmə mərhələsinin püşkatmasına münasibət bildirib. Manolev Azərbaycan yığmasının da yer aldığı H qrupunda ilk 3 yerdən birinə iddialı olduqlarını açıqlayıb: “Ümumilikdə çox çətin qrupa düşmüşük. Xorvatiya da əla heyətə malikdir. Çox çətin olacaq. Lakin əvvəlki seçmə mərhələlərdə yaxşı nəticələr göstərmişik. Bu dəfə həmin nəticələri daha da yaxşılaşdırmağa çalışacağıq. Final mərhələsinə vəsiqə qazanmaq iddiasındayıq. İtaliya və Xorvatiya qrupun favoritləridir. Lakin onlara da qalib gələ bilərik. Əminəm ki, Fransaya vəsiqə uğrunda mübarizə aparmaq gücündəyik”.
Qeyd edək ki, Azərbaycan və Bolqarıstanla yanaşı, İtaliya, Norveç, Xorvatiya və Malta milliləri də h qrupunda mübarizə aparacaq.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə