“Çelsi” fransalı futbolçu ilə bağlı razılıq əldə etdi
31.01.2014 - 02:33
“Sent-Etyen”in futbolçusu Kurt Zuma karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. Apasport.az saytı yerli KİV-ə istinadən xəbər verir ki, “Çelsi” 19 yaşlı müdafiəçi üçün Fransa klubu ilə anlaşıb.
Razılaşmaya əsasən, Zuma mövsüm sonu London təmsilçisinə keçəcək. “Mavilər”in bu transfer üçün 15 milyon avro xərclədiyi deyilir.
Qeyd edək ki, Fransa millisinin aşağı yaş qrupları üzrə komandalarında da çıxış edən Zuma ümumilikdə “Sent-Etyen”lə 60 matçda çıxıb və 4 qol vurub.
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
0
0