“Azərbaycan və Malayziya ilə yoxlama oyunları ərəfəsində çox həyəcanlıyam. Bu qarşılaşmaları səbirsizliklə gözləyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Filippin millisinin futbolçusu Fil Yanqhazband deyib.
İngiltərə “Çelsi”sinin yetirməsi olan 27 yaşlı hücumçu yığmasının martın 1-də Malayziya, 5-də Azərbaycanla oyunları ərəfəsində açıqlama verib. Fil yeni baş məşqçi Tomas Dulinin rəhbərliyi altında baş tutacaq ilk görüşlərə hazır olduqlarını bildirib: “Baş məşqçimiz hə şeyi yaxşı başa düşür. Duli anlayır ki, oyunlar öncəsi bir yerdə daha çox vaxt keçirməliyik. Birlikdə çalışmalı və taktiki hazırlığımız da yüksək səviyyədə olmalıdır. Biz də məşqçimizin planlarını meydanda gerçəkləşdirmək niyyətindəyik”.
Qeyd edək ki, Azərbaycan – Filippin oyunu BƏ-nin Dubay şəhərində keçiriləcək.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə