“Rəqib bizdən üstün oynadı, layiqli qələbə qazandı. Apasport.az saytının məlumatına görə, bunu “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Kaxaber Sxadadze qarşıdakı hədəflərdən danışıb: “Bu oyun göstərdi ki, biz avrokuboklara vəsiqə uğurunda “Qarabağ”la yox, digər komandalarla mübarizə aparmalıyıq. 0-3 hesablı məğlubiyyəti unutmaq çətin olacaq. Bu oyunu unutmalı və toparlanmalıyıq. Növbəti oyunlara hazırlaşmalıyıq. “Qarabağ”ın futbolçuları fərdi ustalıq baxımından bizimkiləri üstələyir. Bir neçə gün öncə kubok qarşılaşması oynadığımıza görə məğlub olduğumuzu düşünmürəm. “Neftçi” ilə oyunda futbolçularda özünəinam var idi, bu gün isə yox. Ustalıq səviyyəsi və fərdi keyfiyyət “Qarabağ”ın futbolçularında daha yaxşı idi”.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!