“Baş məşqçi dəyişikliyi rəqibin çıxışına təsir edib. Vaqif Sadıqovun dövründə AZAL daha istəkli oynayırdı”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.
Topaz Premyer Liqasının XXVI turunda AZAL-la qarşılaşan “ağ-qaralar” Araz Abdullayevin dublu sayəsində 2:0 hesablı qələbə qazanmaqla, turnir cədvəlində ikinci pilləyə yüksəldi. Görüşdən sonra təşkil edilən mətbuat konfransında Hacıyev qarşılaşma barədə fikirlərini bölüşüb: “2 top fərqi ilə irəli keçdikdən sonra Bahodır Nasimovun bir neçə qol imkanı oldu, amma istifadə edə bilmədi. Yolumuza davam edirik. Qarşıda “İnter”ə qarşı keçirəcəyimiz kubok, bundan sonra “Rəvan”la qarşılaşmamız var. Düşünürəm ki, çətin olmayacaq. Rəşad Sadiqov özünü yaxşı hiss etmir, son zamanlar ona istirahət veririk. Mirhüseyn Seyidov onun yoxluğunu hiss etdirmədi”.
Hacıyev Cavid İmamverdiyevin səhlənkarlığından da danışıb: “Əvəzolunmaz futbolçu yoxdur. “Neftçi”də kifayət qədər oyunçu var, qalır ki, “onbir”liyi düzgün seçəsən. Cavid İmamverdiyə imkan yaratdım. Dünən əvəzedicilərdə oyuna çıxdı. Bir hissə oynayıb, komandaya qoşulmalı idi. O isə hər iki hissədə meydanda oldu. Bir az səhlənkar olduğu üçün bu gün heyətdə yox idi. Öz karyeramı kiməsə görə qurban verə bilmərəm. Qarşıda hələ 10 tur var, çox şey ola bilər. Ernest Nfor səviyyəli futbolçudur, komandaya lazımlıdır. Həm oyun qurucusu, həm dayaq yarımmüdafiəçisi, həm də sırf hücumçu kimi oynaya bilər. Ondan narazılığım yoxdur”.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!